"Ferrari" Fettelin cəriməsi ilə bağlı FİA-ya müraciət edib

"Ferrari" Kanada Qran-prisində Sebastyan Fettelə verilən cəriməyə yenidən baxılması üçün FİA-ya rəsmi müraciət ünvanlayıb.

Monrealdakı yarışın 48-ci dövrəsində bolidin nəzarətini itirərək kənara çıxdıqdan sonra trasa qayıtmağa cəhd edən alman pilot bu zaman Lyuis Hemiltonun idarəetməsinə mane olması səbəbindən 5 saniyə cərimələnmişdi. Nəticədə Fettel finişə birinci çatsa da, britaniyalı pilot Kanada Qran-prisinin qalibi elan olunmuşdu.

"Ferrari" cərimə ilə bağlı apellyasiya şikayət ünvanlamayıb. Əvəzində, komanda rəhbərliyi Beynəlxalq İdman Qanununun 14-cü maddəsini əsas gətirərək, FİA-dan hadisəyə yenidən baxılmasını istəyib.

"Ferrari" sübutlarla bağlı hələlik bəyanat yayımlamayıb. Sadəcə, yeni dəlillər arasında GPS göstəriciləri, əlavə telemetr datası və Fettelin ifadəsinin olacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR