"Ferrari" yeni pilotunun adını açıqladı

"Ferrari" yeni pilotunun adını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, Sebastyan Vettellə yoları ayıran avtoşirkət əfsanəvi ispan ralli pilotu Karlos Sainzin oğlu Karlos Sainz Juniorla müqavilə bağlayıb. junior 2021 və 2022 mövsümündə "Scuderia Ferrarin"in uğurları üçün çalışacaq. 
 
Komandanın rəhbəri Mattia Bruno 25 yaşlı pilotun təyinatı ilə bağlı açıqlamsında onun uğurlu olacağılna inandığını və geridə qoyduğu 5 mövsümdə nə qədər istedadlı olduğunu göstərdiyini bildirib.
 
Açıqlamasında xoşbəxt olduğunu bildirən Sainz "2021-də "Ferrari" üçün yarışacağım üçün çox xoşbəxtəm və komandadakı gələcəyim üçün həyəcanlıyam" sözlərini söyləyib.
 
2015-ci ildə "Toro Rosso" ilə "Formula 1" karyerasına start verən Sainz Junior, 2017-2018-ci illərdə "Renault" üçün yarışmışdı. 2019-cu ildə "McLaren"in sükanı arxasına keçən Karlos Sainz Juniorun atası isə iki dəfə ralli üzrə dünya çempionluğunu, Dakar raillisində də 3 dəfə birinciliyi qazanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR