Fərrux İsmayılov: "Vallah, Dadaşovdansa elə Araz yaxşıdı"

Fərrux İsmayılov:
Son vaxtlar Almaniya çempionatında oynayan Renat Dadaşovun yığmaya dəvət olunması ilə bağlı çağırışlara rast gəlmək olar.
 
İstər mətbuat istərsə də azarkeşlər tərfəindən bu futbolçunun da yığmanın heyətinə cəlb olunması ilə bağlı Qurban Qurbanova müraciətlər edilir. Bəs bu futbolçu yığmamızda nə dərəcədə faydalı ola bilər? Bu sualla bağlı mütəxəssis fikri öyrənməyə qərar verdik.

Veteran hücumçu Fərrux İsmayılov Sport7.az-a açıqlamasında bunları söylədi?: "Rüfətin oyununu görmüşəm. yadda qalan deyil. Ramil Şeydayev necədisə, o da elə eyni tipli futbolçudu. Fayda vermək deyəndə, onsuz da yığmaya kimi çağırsalar meydana çıxıb oynayar. Amma heç kim o səviyyədə fayda verə bilməz. Çünki Azərbaycanda hücumçu yoxdu, gəlmir. Yəni, yaş baxımından problem deyil, oynaya bilər. Bu o qədər də önəmli deyil. Amma Azərbaycanda ümumilikdə hücumçu problemi mövcuddu. Heç özüm çalışdığım klubun aşağı yaş qruplarında hücumçu tapa bilmirik. Kökü, nəsli kəsilib ya nədisə bilmirəm (gülür). Çox qəribədi, əvvəllər hücumda 6-7 futbolçu oynayardı, indi bir nəfər tapa bilmirsən ki, milliyə verəsən. Səbəb? Vallah bunun kökün araşdırmaq lazımdı ki, niyə yetişmir. Yoxdu uşaq. Mənə elə gəlir, hər klubda hücumçularla ayrıca şəkildə işləyə biləcək məşqçi olmalıdı. Necə ki, qapıçılar ayrıca işləyir. Həftədə bir dəfə bütün qapıçıları yığırlar, çalışdırırlar. İndi baxırsan ki, qapıçılarda artım var. Hər klubda yerli qapıçı görmək olur. Əvvəl isə bu barədə dəhşət problemlər var. İndi çempionata baxsaq, "Neftçi"də, "Səbail"də də yerli qapıçılar var. Hərdən "Qarabağ"da da görürük və bunlar sevindirici haldı. Çox istəyərdim ki, hücumçularla da ayrıca çalışan məşqçilər olsun. Həftədə heç olmasa 2-3 dəfə hücumçularla xüsusi çalışılsın. Bəlkə o zaman bir neçə ildən sonra bunun bəhrəsini görək. Rüfətdə qeyri-adi heç nə yoxdu. Bir neçə dəfə oyununu görmüşəm, seçilmir. Eyni temp, eyni oyun".

Qurban Qurbanov son vaxtlar hücumçu kimi məhz Araz Abdullayevin xidmətindən yararlanır. Fərrux bəy nə düşünür, ampluaca yarımmüdafiəçi olan Araz hücumçu kimi yığmada effektli ola bilərmi?: "Görürüsüz, Qurban müəllim nə qədər çıxılmaz vəziyyətdə qalır. Məcburən Arazı oynadırsa hücumda, deməli o qədər gəlib-gedənlərə rəğmən məhz o effektlidi. Deməli, Arazı görür orda. Hücumçu yoxdu ki, oynasın əlinə düşən fürsətləri qola çevirsin, duyumu olsun. Bunlar yoxdusa, Qurbanov neyləsin? O da çıxılmaz vəziyyətdə qalıb. Vallah, Dadaşovdansa elə Araz yaxşıdı. Sürəti var, topla davranışı da yaxşıdı. Rauf formaya düşsə, pis hücumçu deyil. Sadəcə, son vaxtlar oynamır, ya nədisə formada deyil. Amma yaxşı hücumçudu".

Sport7.az

Xəbər lenti