Ferstappen Almaniya Qran-prisinin qalibi oldu

Ferstappen Almaniya Qran-prisinin qalibi oldu

"Formula 1"-də mövsümün 11-ci yarışı olan Almaniya Qran-prisi keçirilib.

Pouldan start verən Lyuis Hemiltonun pit stop zamanı 50 saniyə itirdiyi, digər "Mersedes" pilotu Valtteri Bottasın yarışdan kənar qaldığı Qran-prinin qalibi Maks Ferstappen ("Red Bull") olub. "Ferrari"dən Sebastyan Fettel ikinci, "Toro Rosso" pilotu Daniil Kvyat isə üçüncü nəticə göstərib. Bu, rusiyalının karyerası ərzində qazandığı üçüncü podiumdu.

 
Almaniya Qran-prisi

Hokkenhaymrinq, Hokkenhaym

1. Maks Ferstappen ("Red Bull") - 1:44:31.275
2. Sebastyan Fettel ("Ferrari") +7,333
3. Daniil Kvyat ("Toro Rosso") +8,305
4. Lans Stroll ("Reysinq Poynt") +8,966
5. Karlos Sayns Cunior ("Maklaren") +9,583
6. Aleks Albon ("Toro Rosso") +10,052
7. Romen Qrojan ("Haas") +16,838
8. Kevin Maqnussen ("Haas") +18,765
9. Lyuis Hemilton ("Mersedes") +19,667
10. Robert Kubitsa ("Vilyams") +24,987
11. Corc Rassell ("Vilyams") +26,404
12. Kimi Raykkonen ("Alfa Romeo") +42,214*
13. Antonio Covinatsi ("Alfa Romeo") +43,849*

Yarışı tamamlaya bilməyənlər:

Pyer Qasli ("Red Bull")
Valtteri Bottas ("Mersedes")
Niko Hülkenberq ("Reno")
Şarl Lekler ("Ferrari")
Lando Norris ("Maklaren")
Daniel Rikkardo ("Reno")
Serxio Peres ("Reysinq Poynt")
 
* Raykkonen və Covinatsi 30 saniyəlik cərimə aldıqları üçün xal zonasından uzaqlaşıblar.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR