Fettel: "Mersedes" daha güclü görünür"

Fettel:
"Formula 1" komandalarından "Ferrari"nin pilotu Sebastyan Fettel Avstraliyadakı sərbəst yürüşləri qiymətləndirib.

O, "Mersedes"in performansının bu qədər yaxşı olacağını gözləmədiyini etiraf edib:

"İnam məsələsindən danışsaq, bu gün çətin gün idi. Dövrə nəticələri və bolid idarəetməsi mövzularına gəlincə, arzuladığımız nöqtədə deyilik. Hələlik ritmə düşə bilməmişik, burada isə bu, vacib amildi.

Görünür, "Mersedes", həqiqətən də, sürətlidi. Elə çıxır ki, onların formada olmadığı barədə çıxan xəbərlər yalan idi... Düzünü desəm, baş verənləri anlamadım. Ona görə də onlar məni bir az təəccübləndirdilər. Bəlkə də, biz və digər komandalar bu gün müəyyən çətinliklərlə üzləşdik, "Mersedes" isə günündə idi. Hamının başı problemlərə qarışsa, yəqin ki, situasiyanı lehimizə çevirmək imkanımız olacaq. İndilik "Mersedes" daha güclü görünür. Azından bu həftə sonuna qədər haqlarında səsləndirilən iddialarla müəyyən paralellər aparsaq, bu qənaətə gələ bilərik. Bolidimizin daha yüksək özəlliklərə sahib olduğunu bildiyim üçün optimistəm".

Sport7.az

Xəbər lenti