FİDE Azərbaycandakı şahmat akademiyasını rəsmi şəkildə təsdiqlədi

FİDE Azərbaycandakı şahmat akademiyasını rəsmi şəkildə təsdiqlədi

Dünyanın tanınmış qrossmeysterlərindən biri olan mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib.

Sport7.az xəbər verir ki, bu haqda akademiyanın mətbuat xidməti məlumat yayıb. FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.

"Ümid edirik ki, FIDE siyahısında dünyanın ən güclü şahmatçıları sırasında yer almış qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiya da öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında yüksəkliklərdə layiqincə dalğalandıracaq”, - deyə akademiyadan bildirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR