FIDE Faiq Həsənovun yubileyini təbrik etdi

FIDE Faiq Həsənovun yubileyini təbrik etdi

Bu gün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov 80 illik yubileyini qeyd edir.  barədə paylaşım edib.

Sport7.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bununla bağlı olaraq paylaşım edib.

Qurumun rəsmi "Twitter” hesabından veteran şahmatçıya təbrik ünvanlayıb.

Təbrikdə bildirilir ki, F.Həsənov Azərbaycan şahmatının patriarxı kimi dünyanın ən güclü şahmat ölkələrindən birində bu oyunun inkişafına mühüm töhfə verib. O, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasının və Şəmkirdə Vüqar Həşimovun xatirəsinə təşkil olunmuş "ShamkirChess" turnirinin baş hakimi olub. F.Həsənov həmçinin AzTV-də yayımlanan həftəlik "Şahmat klubu" verilişinin aparıcısı kimi də tanınır: "40 ildir bu sahədə çalışan Faiq Həsənov həm də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi şahmat dünyasına xidmət etməkdə davam edir".
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR