FİFA Almeyda ilə bağlı müraciətə bu tarixdə baxacaq

FİFA Almeyda ilə bağlı müraciətə bu tarixdə baxacaq
FİFA "Qarabağ"ın futbolusu Riçard Almeydanın Azərbaycan millisində oynaya bilməsi məsələsinə iyunun 5-dək baxacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

O deyib ki, ali futbol qurumundan məsələyə mümkün qədər tez baxmaları xahiş olunub: "Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə, belə məsələlərə 4 həftə ərzində baxılır. Bu isə təqribən iyunun 5-nə düşür".

Qeyd edək ki, hazırda Riçard Almeyda Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edir. (Report.az)
 
Sport7.az

Xəbər lenti