FİFA DÇ-2018-ə davam edəcək hakimlərin siyahısını açıqladı

FİFA DÇ-2018-ə davam edəcək hakimlərin siyahısını açıqladı
DÇ-2018-in 1/8 final mərhələsindən sonra FİFA qalan oyunları idarə edəcək hakimlərin siyahısını hazırlayıb.
 
Sport7.az xəbər verir ki, Türkiyəni təmsil edən Cüneyt Çakır da mundialda qalan hakimlər arasındadı:

Əlirza Fəqani (İran), Abdulla Navaf Şukrala (Bəhreyn), Malanq Dediu (Seneqal), Canni Sikazu (Zimbabve), Mark Qeyqer (ABŞ), Ceyr Marrufo (ABŞ), Tsezar Arturo Ramos Palazuelos (Meksika), Andres Kuna (Uruqvay), Nestor Pitana (Argentina), Sandro Riççi (Braziliya), Mettyu Konqer (Yeni Zelandiya), Cüneyt Çakır (Türkiyə), Born Kuypers (Hollandiya), Antonio Migel Mateu Laos (İspaniya), Milord Majiç (Serbiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Slovakiya).

1/4 final mərhələsinin oyunlarına iyulun 6-da start veriləcək.
 
Sport7.az

Xəbər lenti