FİFA-dan Avropa Superliqasına etiraz

FİFA-dan Avropa Superliqasına etiraz

FİFA Avropa Super Liqasının yaradılacağı xəbərləri ilə bağlı bəyanat yayıb.

Sport7.az xəbər verir ki, qurum rəsmi saytında yer alan açıqlamada təşkilatın tərkibinə daxil olan UEFA, Asiya Futbol Konfederasiyası, Afrika Futbol Konfederasiyası, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Okeaniya Futbol Konfederasiyası tərəfindən sözügedən turnirin tanınmayacağı bildirilib. Orada iştirak edən hər hansı klub və ya oyunçuya FIFA və digər altı konfederasiyanın bayrağı altında yarışmağa icazə verilməyəcəyi qeyd olunub.

Bəyanatı FIFA prezidenti Canni İnfantino, UEFA prezidenti Aleksander Çeferin, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn İbrahim Əl Xəlifə, Afrika Futbol Konfederasiyasının prezidenti Konstan Omari, CONCACAF-ın prezidenti Vittorio Montalyani, CONMEBOL-un prezidenti Alexandro Dominges və Okeaniya Futbol Konfederasiyasının prezidenti Lambert Meltok imzalayıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR