FİFA-dan Ukraynaya üzücü cavab

FİFA-dan Ukraynaya üzücü cavab

FIFA İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton"unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.

Sport7.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilib. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.

Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.

Bu mövsüm Maks Kilman "Vulverhempton"un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR