FİFA futbolçulara müraciət edəcək: “Güzəştlərə hazır olun”

FİFA futbolçulara müraciət edəcək: “Güzəştlərə hazır olun”

FİFA rəhbərliyi Avropa Klublar Birliyinin nümayəndələri ilə videobağlantı vasitəsiylə müzakirələr aparıblar.

Sport7.az xəbər verir ki, videokonfrans zamanı futbolçuların maaşlarının azaldılmasıyla bağlı müzakirələr aparılıb. Tərəflər futbolçulara bununla bağlı müraciət etməklə bağlı razılığa gəliblər.

Futbolçulardan koronavirus təhlükəsi sovuşana qədər maaşlarının yarıya qədər azaldılmasına razılıq verilməsi xahiş olunacaq. Çempionatlar bərpa olunana qədər bütün müqavilələrdəki rəqəmlər 50 faiz azaldılacaq.

Bununla yanaşı, xüsusi fondun yaradılmasıyla bağlı da layihə hazırlanıb. Həmin fonda FİFA-yla yanaşı sponsorlar və yayımçı şirkətlər pul köçürəcək. Toplanan məbləğ sayəsində futbolun böhrandan çıxarılmasına dəstək veriləcək. Pandemiya dövründə klublar futbolçularını millo komandaların düşərgəsinə buraxmayacaqlar.

Xatırladaq ki, Avropa Klublar Birliyində Azərbaycanda "Qarabağ”, "Neftçi” və "Qəbələ” üzvdülər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR