FİFA ilin ən yaxşıları adına namizədləri açıqladı

FİFA ilin ən yaxşıları adına namizədləri açıqladı

FIFA ilin ən yaxşı baş məşqçiləri, qapıçı və futbolçuları adına namizədləri açıqlayıb.

Sport7.az xəbər verir ki, xəbər verir ki, "ən yaxşı baş məşqçi" adına İngiltərə təmsilçisi "Lids"in baş məşqçisi Marselo Byelsa, "Bavariya"dan Hans Flik, "Liverpul"dan Yurgen Klopp, "Sevilya"sından Xulen Lopetegi və "Real"dan Zinəddin Zidan iddialıdı.
 
"Ən yaxşı qapıçı" adına kişi və qadın namizədlərin siyahısında Alisson Bekker (Braziliya, "Liverpul"), Tibo Kurtua (Belçika, "Real Madrid"), Keylor Navas (Kosta Rika, PSJ), Manuel Noyer (Almaniya, "Bavariya"), Yan Oblak (Sloveniya / "Atletiko"), Mark-Andre ter Ştegen (Almaniya / "Barselona"), qadınlardan isə Ann-Katrin Berger (Almaniya, "Çelsi"), Sara Buhaddi (Fransa, "Lion"), Kristian Endler (Çili, PSJ), Hedviq Lindal (İsveç, "Volfsburq" / "Atletiko"), Alissa Naeher (ABŞ, "Çikaqo Red Stars"), Elli Roebukun (İngiltərə / "Mançester Siti") adı yer alıb.
 
"Ən yaxşı kişi futbolçu" olmağa "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi, Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Neymarla Kilian Mbappe, İngiltərə "Liverpul"undan Tiaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Virgil Van Dayk, İspaniya "Real Madrid"indən Serxio Ramos və İngiltərə "Mançester Siti"sindən Kevin De Breyne iddia edir.

"Ən yaxşı qadın futbolçu" adına namizədlər isə aşağıdakılardı:
 
1. Lyusi Bronz ("Mançester Siti", İngiltərə)
2. Delfina Kaskarino ("Lion", Fransa)
3. Karolina Hansen ("Barselona", İspaniya)
4. Pernille Harder ("Çelsi", İngiltərə)
5. Cennifer Ermoso ("Barselona", İspaniya)
6. Ci So Yun ("Çelsi", İngiltərə)
7. Sem Kerr ("Çelsi", İngiltərə)
8. Saki Kumaqai ("Lion", Fransa)
9. Cenifer Marojan ("Lion", Fransa)
10. Vivianne Midema ("Arsenal", İngiltərə)
11. Vendi Renar ("Lion", Fransa)

"The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR