FİFA mükafatları açıqladı

FİFA mükafatları açıqladı
Rusiyada keçirilən DÇ-2018-in qalibi olan Fransa yığması FİFA tərəfindən 38 milyon dollar qazanıb.
 
Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. Məlumata görə dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Mundialın gümüş mükafatçısı Xorvatiya isə 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, ingilislər isə 22 milyon dollar qazanıb.

Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FİFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.
 
Sport7.az

Xəbər lenti