FIFA-nın yeni reytinqi: Millimizin mövqeyi dəyişmədi

FIFA-nın yeni reytinqi: Millimizin mövqeyi dəyişmədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Azərbaycan millisinin yeri dəyişməz qalıb. Yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər komandaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR