FIFA DÇ-2022 ilə bağlı qərarını verib: 32 komanda olacaq

FIFA DÇ-2022 ilə bağlı qərarını verib: 32 komanda olacaq

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların sayı ilə bağlı qərarını verib.

Turnirdə ənənəvi formada 32 komandanın iştirak edəcəyi gözlənilir. Ali futbol qurumu yığmalarının sayının 48-ə çatdırılması və DÇ-2022-nin bəzi oyunlarının qonşu ərəb ölkələrində keçirilməsi ideyasından imtina edib.

"The Times" nəşrinin məlumatına görə, FIFA prezidenti Canni İnfantino iyunun 5-də Fransanın paytaxtı Parisdə keçiriləcək konqressdə bu barədə qərarını rəsmən açıqlayacaq.

"DÇ-2022-də komandaların sayının 48-ə qaldırılması ehtimalı ortadan qalxıb. Bu, həm siyasi, həm də loqistika baxımından çətin məsələdi", - deyə FIFA daxilindəki mənbə qeyd edib.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn kimi ölkələrin Qətərlə diplomatik əlaqələrini dayandırması mundialın oyunlarının qonşu ölkələrdə keçirilməsini mümkünsüz edir.
 
Meksika, Kanada və ABŞ-ın ev sahibliyində 2026-cı ildə keçiriləcək dünya çempionatında komanda sayının 48 olacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR