FİFA

FİFA "Real" və "Atletiko"nun cəzasını təxirə saldı

Xəbər verdiyimiz kimi, İspaniyanın "Real" və "Atletiko" klubları 18 yaşına çatmamış yeniyetmə futbolçuların transferində yol verdiyi qanunsuzluqlara görə FIFA tərəfindən transfer qadağası ilə üzləşmişdilər. Sport7.az saytının məlumatına görə, növbəti iki transfer dönəmində klublar heyətini gücləndirə bilməzdilər.

Ancaq məsələ ilə bağlı Madrid təmsilçiləri apellyasiya şikayəti verib. Bundan sonra dünyanın ali futbol qurumunun Apellyasiya Komitəsinin qərarını hələlik təxirə salıb. Məsələ ilə bağlı yekun qərar hər iki klubun müdafiəsi dinlənildikdən sonra veriləcək.

Qeyd edək ki, komitə iyulun 1-nə qədər fərqli qərar qəbul etməsə, hər iki komanda yayda yeni futbolçu transfer edə biləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR