Final matçı "Nou Kamp"da

Final matçı
İspaniya Kral Kubokunun final matçının məkanı bəlli olub.

Sport7.az xəbər verir ki, mayın 30-da "Barselona” və "Atletik” arasında baş tutacaq həlledici qarşılaşma "Nou Kamp” stadionunda keçiriləcək.

Daha əvvəl hər 2 klub oyunun sözügedən arenada keçirilməsi ilə bağlı razılaşa bilməyirdi. Sonda İspaniya Futbol Federasiyası bu haqda yekun qərar qəbul edib.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona” və "Atletik” final matçının "Santyaqu Bernabeu”da reallaşmasını istəsə də, "Real”ın prezidenti Florentino Peres buna qarşı çıxmışdı.

Sport7.az

Xəbər lenti