Finalda "Liverpul"u "batıran" qapıçı "Beşiktaş"da

Finalda
"Beşiktaş" klubu "Liverpul"un futbolçusu Loris Kariusu icarə əsasında heyətinə qatıb.

Sport7.az xəbər verir ki, alman qapıçı klubla 2 illik müqaviləyə imza atıb. Ötən gün İstanbula gələn qapıçı tibbi müayinədən uğurla keçib.

2016-cı ildə "Liverpul"a 5 illik müqavilə ilə "Maynts" transfer olunan Karius ötən mövsüm Çempionlar Liqasının finalında "Real"la qarşılaşmada buraxdığı kobud səhvlərlə gündəmə gəlmiş və xeyli tənqidlərə məruz qalmışdı. 
 
 
Sport7.az

Xəbər lenti