Sarri:

Sarri: "Finalın Bakıda keçirilməsi azarkeşlərimiz üçün böyük problemdi"

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri son günlərdə haqqında klubdan ayrılacağına dair çıxan xəbərlər haqqında danışıb.

İtaliyalı mütəxəssis klubdakı gələcəyinin Avropa Liqasının finalından asılı olmasının düzgün yanaşma olmadığını qeyd edib:

"Əgər situasiya belədisə, mən dərhal klubdan ayrılmaq istəyərdim. 10 aylıq işdən sonra hər şeyin 90 dəqiqədən asılı olduğunu deyə bilməzsiniz. Bu, düzgün deyil. Ya mənim işimdən razısınız, ya da yox - bu qədər.

İndi sadəcə final barədə düşünməliyəm. Müqaviləmin bitməsinə 2 il var. Ona görə də hazırda başqa klublarla danışıqlar aparmıram. Bu barədə ilk növbədə finaldan sonra klubumla danışmalıyam. Mənimlə xoşbəxt olub-olmadıqlarını öyrənməliyəm. Dediyim kimi, 2 illik müqaviləm var.

Əvvəl də bu barədə danışmışam. Premyer Liqada olmaqdan məmnunam. Məncə, "Çelsi" Premyer Liqanın ən önəmli klublarından biridi. Burada çox xoşbəxtəm. Ancaq situasiyanı birlikdə müzakirə etməliyik. Bu, normaldı. Əslində, hər mövsüm klubdakı vəziyyətin barədə rəhbərliklə müzakirələr aparmalısan. Görüş barədə dəqiq tarix deyə bilmərəm, çünki özüm də məlumatlı deyiləm. Hər şey aydındı: mənim müqaviləm var. Fikrimcə, mövsümün ümumi gedişatı haqqında danışmaq daha gözəl olardı".

Sarri Avopa Liqasının finalının Bakıda keçirilməsinə də münasibət bildirib:

"Finalın Bakıda keçirilməsi azarkeşlərimiz üçün böyük problemdi. Məncə, başqa bir yerdə oynasaq, daha yaxşı olardı. Ancaq hər iki komanda eyni şərtlər altında meydana çıxacaq. Sadəcə, 30 min "Çelsi" və 30 min "Arsenal" azarkeşinin matçı izləyəcəyi stadionda oynamaq daha yaxşıdı. Belə oyunlara görə bu işlə məşğuluq, bunun üçün yaşayırıq. Ona görə də hər iki komandanın azarkeşləri çox olsa, hamı üçün daha yaxşı olardı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR