"Fiorentina" Astorinin xatirəsini andı

İtaliya A Seriyasında baş tutan "Fiorentina" - "Benevento" matçında ötən həftə dünyasını dəyişmiş meydan sahiblərinin futbolçusu Davide Astorinin xatirəsi anlıb.
 
Sport7.az xəbər verir ki, "Fiorentina"nın futbolçusu Vitor Hüqo komandasına qələbə gətirən yeganə qolu məhz Astoriyə həsr etdi.
 
Bundan əlavə "Fio"nun mərhum kapitanı komanda yoldaşları ilə yanaşı azarkeşlər tərəfindən də anılıb. Oyun zamanı meydanda Astorinin geydiyi 13 nömrəli foirmanın şəkli ilə "Sonsuza qədər kapitan" yazısı əks olundu. Daha sonra "Fiorentina"nın futbolçuları meydana 13 nömrəli formalar və əllərində "Yaxşı yol Davide" yazılı bir pankartla çıxıb. Ardından futbolçunun şərəfinə komandanın rənglərinə uyğun bənövşəyi və ağ rəngli şarlar havaya buraxılıb. Bu zaman bütün stadion ayağa qalxaraq Astorini alqışlamaqla anıb. Matçın 13-cü dəqiqəsində isə Astorinin forma nömrəsi olduğu üçün top auta göndərilərək oyun dayandırılıb. Komandanın azarkeşləri bənövşəyi, ağ və qırmızı rəngli pankartlarla tribunada "Davide 13" xareoqrafiyası yaradıb.
 
Bu zaman oyun boyu "Fiorentina" tərəfdarları komanda ilə yanaşı Astorinin adı, fotoları olan bayraqlar və plakatlar da havada yellədi. Matçdan əvvəl klubun "Tvitter" hesabında "Bu matçı Davide üçün qazanaq" ifadələri yer alıb. Oyundan sonra isə "Bu zəfəri Davide və onu sevənlərə həsr edirik. Sonsuza qədər #DA13" mesajını paylaşıblar.
 
Sport7.az

Xəbər lenti