"Fiorentina" xorvat futbolçu ilə gücləndi

İtaliya A Seriyası təmsilçisi "Fiorentina" heyətini gücləndirib.
 
Sport7.az xəəbər verir ki, klub "Yuventus"un xorvat futbolçusu Marko Pyatsanı bir mövsümlük icarəyə götürüb. "Yuventus"un rəsmi saytından verilən açıqlamada Pyatsanın "Fiorentina" ilə 2 milyon avro qarşılığında razılığa gəlib. İtalyan klubu futbolçunun oyunundan razı qalsa növbəti mövsümdən 20 milyon qarşılığında onu birdəfəlik rənglərinə bağlaya biləcək. 
 
2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avro qarşılığında transfer olunan xorvatiyalı italyan klubunda 20 oyunda meydana çıxıb.
 
Sport7.az

Xəbər lenti