"Fiorentina"dan Terimə mənəvi dəstək

"Fiorentina" koronavirus testinin nəticəsi müsbət çıxan sabiq baş məşqçisi Fatih Terimə dəstəyini nümayiş etdirib.
 
Sport7.az xəbər verir ki, İtaliya A Seriyasının üzvünün adından Terimin sosial media üzərindən koronavirusla bağlı dediyi sözlərə cavab olaraq "Forza İmperatore" (Haydı İmperator) şərhi yazılıb. Mesajda təcrübəli mütəxəssisin "Fiorentina" forması ilə olan fotosuna da yer verilib. 
 
Terim 2000/2001 mövsümündə "Fiorentina"nı çalışdırmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR