"Fiorentina"ya transfer oldu

"Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, A Seriyası təmsilçisi adı "Milan"la hallanan "Sevilya”nın hücumçusu Luis Murieli heyətinə qatıb. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Kolumbiyalı futbolçu "Fiorentina”da icarə əsasında çıxış edəcək. 27 yaşlı forvardla müqavilənin müddəti mövsümün sonuna qədərdi.

Muriel "Sevilya”da 2017-ci ildən forma geyirdi. O, daha öncə İtaliyada "Udineze”, "Leççe” və "Sampdoriya” kimi klubların da şərəfini qoruyub. O, İtaliya çempionatında 165 oyun keçirib, 43 qola imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR