Fizdeyl:

Fizdeyl: "Niks"i çalışdırmaq mənim üçün şərəf idi"

"Nyu-York" baş məşqçi Deyvid Fizdeyllə yollarını ayırmışdı.

Son olaraq "Niks" və Fizdeyl məsələ ilə bağlı bəyanat yayımlayıblar. 

"Niks"in bəyanatında deyilir:

"Nyu-York Niks" olaraq iki mövsüm ərzində göstərdiyi liderlik və peşəkarlığa görə Deyvid Fizdeylə təşəkkür edirik. O, klubu ən yaxşı şəkildə təmsil etdi. Gələcək karyerasında Fizdeylə uğurlar arzu edirik".

Fizdeylin bəyanatı: "Nyu-York Niks"i çalışdırmaq mənim üçün şərəf idi. Mənə bu şansı tanıdıqlarına görə Stiv Millz, Skott Perri və Cim Dolana minnətdaram. Həyatımızdakı hər təcrübə bizim üçün bir dərsdi. Burada da eynisi baş verdi. Oyunçulara, məşqçilərə, arenada çalışanlara, bir sözlə, hamıya minnətdaram.

Basketbolda karyeramı qurmaq mənə nəsib olub. Bu mənada şanslıyam. "Niks"ə və Nyu-York şəhərinə hər şeyin ən yaxşısını arzu edirəm. Gələcəyim üçün həyəcanlıyam".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR