"Flamenqo"nun baş məşqçinin koronavirus testi neqativ çıxdı

Braziliya klubu "Flamenqo"nun baş məşqçisi Jorge Jesusun yeni tip koronavurs testinin nəticələri neqativ çıxıb.
 
Sport7.az xəbər verir ki, "İnstaqram" hesabından açıqlama verən 65 yaşlı mütəxəssis "Covid-19 virusu ilə bağlı testimin nəticələrinin neqativ çıxdığını öyrəndim. Çox şadam və mənə dəstək göstərənlərə təşəkkürümü bildirirəm. Virusa yoluxan insanlar üçün dualarımı davamn etdirəcəm" sözlərini yazıb. 
 
Jesusun ilk testini nəticəsi müsbət çıxmışdı. Bunun daha da dəqiqləşdirilməsi üçün o ikinci dəfə test vermişdi. Portuqaliyalı məşqçi öz ölkəsində "Benfika", "Sportinq" (Lissabon), "Braqa" və "Vitoria Gimaraeş"i çalışdırıb. O Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda da işləyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR