Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı: Messi birincidi

Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı: Messi birincidi

"Forbes" jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını dərc edib. Kriteriya qismində məvaciblərlə yanaşı, atletlərin reklamlardan əldə etdiyi gəlirlər də nəzərə alınıb.

Birinci sırada Lionel Messi ("Barselona") qərarlaşıb. Argentinalının son bir il ərzindəki qazancı 127 milyon dollar təşkil edir. "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (109 milyon) ikinci, PSJ-nin futbolçusu Neymar (105 milyon) isə üçüncüdü:

1. Lionel Messi ("Barselona") - 127 milyon dollar

2. Kriştianu Ronaldu ("Yuventus") - 109

3. Neymar (PSJ) - 105

4. Saul Alvares (boks) - 94

5. Rocer Federer (tennis) - 93,4

6. Rassell Vilson ("Sietl", amerikan futbolu) - 89,5

7. Aaron Rocers ("Qrin-Bey", amerikan futbolu) - 89,3

8. Lebron Ceyms ("Leykers", basketbol) - 89

9. Stefen Körri ("Qolden Steyt", basketbol) - 79,8

10. Kevin Dyurent ("Qolden Steyt", basketbol) - 65,4

---

44. Pol Poqba ("Mançester Yunayted") - 33

46. Andres İnyesta ("Vissel Kobe") - 32,5

53. Aleksis Sançes ("Mançester Yunayted") - 30,8

55. Kilian Mbappe (PSJ) - 30,6

57. Mesut Özil ("Arsenal") - 30,2

75. Antuan Qrizmann ("Atletiko") - 27,7

79. Qaret Beyl ("Real") - 27,1

98. Məhəmməd Salah ("Liverpul") - 25,1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR