Formalar satışa çıxmamış 3 milyon ədəd sifariş olub - FOTO

Formalar satışa çıxmamış 3 milyon ədəd sifariş olub - FOTO
Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək Nigeriya yığmasının formalarına böyük tələb var.
 
Sport7.az xəbər verir ki, komandanın formalarını hazırlayacaq məşhur "Nike" şirkəti hələ onların satışa çıxmamasına rəğmən artıq 3 milyondan çox sifariş aldıqlarını açıqlayıb.
 
D qrupunda Argentina, İslandiya və Xorvatiya ilə mübarizə aparacaq Nigeriya yığmasının formaları dizayn edilərkən 1994-cü il dünya çempionatındakı formalara bənzədiyi bildirilir. 
 
 
 
Sport7.az

Xəbər lenti