"Formula 1" Barselona ilə müqavilə müddətini artırdı

Barselonanın 2021-ci il mövsümündə Qran-Prinin təşkili üçün "Formula 1" ilə müqaviləsinin müddəti uzadılıb.

Sport7.az xəbər verir ki, bu barədə Barselona avtodromunun mətbuat xidməti məlumat yayıb. Bununla da, mayın 7-9-da keçiriləcək yarışla Barselona 65-ci İspaniya Qran-Prisinə ev sahibliyi edəcək. İmzalanmış müqavilə uzunmüddətlidir və 2021-ci ildən sonrakı dövrü də əhatə edəcək. Müqavilənin müddətinin uzadılmasında əsas amillərdən biri də Fernando Alonsonun "Formula 1"ə qayıdışı və Karlos Saynsın "Ferrari”yə transferi hesab olunur.

Ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR