Formula 1: Bottas Azərbaycan Qran-prisinin qalibi oldu

Formula 1: Bottas Azərbaycan Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

Yarışa poul-pozişnda başlayan Valtteri Bottas ("Mersedes") 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstəricisi ilə qalib adını qazanıb. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Sebastyan Fettel isə üçüncü nəticə göstərib.
 
Azərbaycan Qran-prisi, Bakı
 
Əsas yarış 

1. Valtteri Bottas ("Mersedes") - 51 dövrə
2. Lyuis Hemilton ("Mersedes") +1,524
3. Sebastyan Fettel ("Ferrari") +11,739
4. Maks Ferstappen ("Red Bull") +17,493
5. Şarl Lekler ("Ferrari") +69,107
6. Serxio Peres ("Reysinq Poynt") +1.16,416
7. Karlos Sayns Cunior ("Maklaren") +1.23,826
8. Lando Norris ("Maklaren") +1.40,268
9. Lans Stroll ("Reysinq Poynt") +1.43,816
10. Kimi Raykkonen ("Alfa Romeo") +1 dövrə
11. Aleksandr Albon ("Toro Rosso") +1 dövrə
12. Antonio Covinatsi ("Alfa Romeo") +1 dövrə
13. Kevin Maqnussen ("Haas") +1 dövrə
14. Niko Hülkenberq ("Reno") +1 dövrə
15. Corc Rassell ("Vilyams") +2 dövrə
16. Robert Kubiça ("Vilyams") +2 dövrə

Yarışı bitirə bilməyənlər

Pyer Qasli ("Red Bull")
Romen Qrojan ("Haas")
Daniil Kvyat ("Toro Rosso")
Daniel Rikkardo ("Reno")
 
Azərbaycan Qran-prisinin qalibi olan Valtteri Bottas ("Mersedes") pilotların sıralamasında birinci sıraya yüksəlib. Onun aktivində 87 xal var. Lyuis Hemilton komanda yoldaşından 1 xal geri qalır. Sebastyan Fettel ("Ferrari") 52 xalla üçüncüdü.
 
Konstruktorların yarışında 173 xala sahib "Mersedes"in aşkar üstünlüyü var. "Ferrari" (99 xal) ikinci, "Red Bull" (64 xal) isə üçüncüdü.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR