"Formula 1": Növbəti sınaq yürüşünün nəticələri bəlli oldu

"Formula 1" üzrə Avstriya Qran-prisində növbəti sınaq yürüşü başa çatıb. 

Sport7.az xəbər verir ki, üçüncü test yürüşündə ən yaxşı nəticəni "Mercedes"in pilotu Lüis Hemilton göstərib - 1 dəqiqə 04.130 saniyə. 

Hemiltondan 0,197 saniyə geri qalan onun komanda yoldaşı Valtteri Bottas ikinci olub.

0,283 saniyə gec nəticə göstərən "Red Bull"un üzvü Maks Ferstappen üçüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, Avstriya Qran-prisi iyulun 5-də yekunlaşacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR