"Formula 1" pilotları nə qədər qazanırlar? - SİYAHI

"Mirror" yeni mövsümün startı ərəfəsində "Formula 1" pilotlarının illik məvacibları barədə xəbər yayımlayıb.

Nəşrin əldə etdiyi məlumata görə, "Formula 1"-in ən çox əmək haqqı alan ismi "Mersedes" pilotu Lyuis Hemiltondu (35 milyon dollar). İkinci sırada "Ferrari"dən Sebastyan Fettel (30 milyon dollar) qərarlaşıb. İlk üçlüyü isə "Red Bull" pilotu Maks Ferstappen (16 milyon dollar) qapayır.

Ümumi sıralama belədi:

1) Lyuis Hemilton ("Mersedes") - 35 milyon dollar

2) Sebastyan Fettel ("Ferrari") - 30 milyon dollar

3) Maks Ferstappen ("Red Bull") - 16 milyon dollar

4) Daniel Rikkardo ("Reno") - 15 milyon dollar

5) Niko Hülkenberq ("Reno") - 10 milyon dollar

6) Valtteri Bottas ("Mersedes") - 8 milyon dollar

7) Romen Qrojan ("Haas") - 7 milyon dollar

8-9) Serxio Peres ("Reysinq Poynt"), Kimi Raykkonen ("Alfa Romeo") - 5 milyon dollar

10-11) Şarl Lekler ("Ferrari"), Karlos Sayns ("Maklaren") - 4 milyon dollar

12-13) Kevin Maqnussen ("Haas"), Lans Stroll ("Reysinq Poynt") - 3 milyon dollar

14-15) Pyer Qasli ("Red Bull"), Daniil Kvyat ("Toro Rosso") - 2 milyon dollar

16-17) Antonio Covinatsi ("Alfa Romeo"), Robert Kubiça ("Uilyams") - 1 milyon dollar

18-19-20) Lando Norris ("Maklaren"), Corc Rassell ("Uilyams"), Aleksandr Albon ("Toro Rosso") - 500 min dollar


Sport7.az

Xəbər lenti