"Formula 1" üzrə Çin Qran-prisi koronavirus səbəbindən təxirə salındı - RƏSMİ

FIA apreldə keçirilməsi planlaşdırılan "Formula 1" üzrə Çin Qran-prisinin təxirə salınması ilə bağlı qərar qəbul edib.

Qran-pri promouterləri koronavirus epidemiyası səbəbindən yarışın təxirə salınmasını istəyiblər. Yekunda FIA və FOM onların istəyini qəbul edib.

Çin Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb. Vəziyyət yaxşılaşacağı təqdirdə, FIA sözügedən yarış üçün alternativ tarix müəyyənləşdirməyə çalışacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR