"Formula 1" üzrə Rusiya qran-prisinin qalibi müəyyənləşdi

"Mercedes"in pilotu Valtteri Bottas "Formula 1" üzrə Rusiya qran-prisinin qalibi olub. 

Sport7.az xəbər verir ki, finlandiyalı sürücü karyerasında ikinci dəfə Soçi mərhələsində finişə birinci çatıb. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci, "Mercedes"də çıxış edən britaniyalı 6 qat dünya çempionu Lüis Hemilton üçüncü yeri tutub. 

Hemilton "Formula 1" Qran-prilərindəki qələbə sayını 91-ə yüksəldərək, almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlamaq imkanına malik olub. Lakin o, müəyyən olunmamış yerlərdə startöncəsi məşq etdiyi üçün iki dəfə 5 saniyəlik cərimə alıb. 

Ümumi sıralamada Hemilton 205 xalla 1-ci, Bottas 161 xalla ikinci, Ferstappen 128 xalla 3-cü yerdə qərarlaşıb. Konstruktorların mübarizəsində ilk 3 yeri "Mercedes" (366), "Red Bull Racing Honda" (192) və "McLaren Renault" (106) tutur.

Növbəti qran-pri 9 - 11 oktyabrda Almaniyada olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR