"Formula 1"-in 2020-ci ildə keçiriləcək 70-ci mövsümü 12-15 mart tarixlərinə planlaşdırılan Avstraliya Qran-prisi ilə start götürəcək.
Bu barədə "Formula 1"-in saytında məlumat yerləşdirilib. "Albert-Park" - təqvimin ən məşhur traslarından biridi. "Formula 1"-də çalışan hər kəs üçün oranın əhəmiyyəti böyükdü. Yarışın 70 illiyini qeyd edəcəyimiz və bizim üçün böyük önəm ərz edən yeni mövsümün startı üçün daha yaxşı məkan ağlımıza gəlmədi", - deyə icraçı direktor Çeyz Keri qeyd edib.
Qeyd edək ki, Avstraliya Qran-prisi 1996-cı ildən bəri Melburndakı "Albert-Park" trasında keçirilir.
Sport7.az