"Formula 1"də daha iki mərhələ keçiriləcək

"Formula-1” rəhbərliyi mövsümün təqviminə daha iki yarışın daxil edildiyini rəsmən açıqlayıb.

Sport7.az xəbər verir ki, Toskana və Rusiya Qran-priləridir.

Sentyabrın 11-13-də Mudjelloda ilk dəfə təşkil olunacaq yarış İtaliyanın Toskana bölgəsinin adını daşıyacaq. Soçi Qran-prisi isə sentyabrın 25-27-də keçiriləcək. Bununla da rəsmi təqvimə daxil edilən yarışların sayı 10-a çatıb.

İyulun 3-də Avstriyada "Red Bull” trasında start götürən mövsüm Şpilberqdəki  Ştiriya Qran-Prisi ilə davam etdiriləcək. Bundan sonra Macarıstanda bir, Böyük Britaniyada 2 mərhələ təşkil olunacaq. İspaniya, Belçika və İtaliyada da mərhələlər keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR