"Formula 1"in 70-ci ildönümü Qran-Prisinin qalibi müəyyənləşdi

"Red Bull”un pilotu Maks Ferstappen "Formula 1"in 70-ci ildönümü Qran-Prisinin qalibi olub.

Sport7.az xəbər verir ki, niderlandlı sürücü mövsümdə ilk qələbəsini Böyük Britaniyadakı Silverstoun avtodromunda keçirilən yarışda qazanıb. 52 dövrəlik mübarizədə ikinci yeri "Mercedes” pilotu Luis Hamilton tutub. Üçüncü yeri isə britaniyalı sürücünün komanda yoldaşı Valtteri Bottas əldə edib.

Pilotların siyahısına 107 xalla Luis Hemilton başçılıq edir. Ferstappen 77 xalla ikinci, Bottas isə 73 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış avqustun 16-da yenidən İspaniyada təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR