"Formula 1" pilotu qadın boksçunun təklifinə "hə" dedi

Soçi Boks Federasiyası (SBF) Formula 1 pilotu Daniil Kvyat ilə boks üzrə ikiqat dünya çempionu Firuza Şaripova arasında dostluq döyüşünü təşkil etməyə hazırdır.

Sport7.az xəbər verir ki, görüş bu il Formula 1 Rusiya Qran-Prisi zamanı təşkil oluna bilər. Ötən ay qazaxıstanlı qadın boksçu Kvyatın idman göstəricilərinin yüksək olduğunu açıqlayıb və onu birgə hazırlıq keçmək üçün ölkəsinə dəvət etmişdi.

SBF-nin prezidenti İlya Varov açıqlamasında Şaripovanı Soçidə keçiriləcək Formula 1 yarışlarına dəvət edəcəklərini açıqlayıb. O, boksçunun hazırlıq keçməsi üçün hər cür şəraitin yaradılacağını deyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR