"Formula 1"in qalibi müəyyənləşdi

Bakıda keçirilən "Formula-1” üzrə Azərbaycan Qran-prisi başa çatıb.
 
Sport7.az xəbər verir ki, 10 komandadan 20 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.
 
Belə ki, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın canlı izlədiyi Azərbaycan Qran-prisinin qalibi "Red Bull” komandasından Daniel Rikkardo olub. O, 02:03:55.570 göstərici ilə qalib adını qazanıb.
 
İkinci yeri "Mercedes” komandasından Valterri Bottas (02:03:59.474) tutub. İlk "üçlüy”ü isə "Willams"dan Lens Stroll  qapayıb. Onun nəticəsi 02:03:59.579 olub.
 
Azərbaycan Qran-prisinin nəticəsi

1. Daniel Rikkardo ("Red Bull") – 02:03:55.570
2. Valterri Bottas ("Mercedes”) – 02:03:59.474
3. Lens Stroll ("Willams") – 02:03:59.579
4. Sebastyan Fettel ("Ferrari") – 02:04:01.546
5. Luis Hamilton ("Mercedes”) – 02:04:01.758
6. Esteban Okon ("Force İndia") – 02:04:25.868
7. Kevin Maqnussen ("Haas”) – 02:04:37.323
8. Karlos Sayns ("Toro Rosso”) – 02:04:44.970
9. Fernando Alonso ("McLaren Honda") – 02:04:55.121
10. Paskal Verlyayn ("Sauber") – 02:05:24.663
11. Markus Eriksson  ("Sauber") – 02:05:27.364
12. Stoffel Vandorn ("McLaren Honda") – 02:04:27.730
13. Roman Qrojan ("Haas”) – 1 dövrə az
Kimi Raykkonen ("Ferrari") – yarışı vaxtından əvvəl dayandırıb
Serxio Peres ("Force İndia”) – yarışı vaxtından əvvəl dayandırıb
Felipe Massa ("Willams") – yarışı vaxtından əvvəl dayandırıb
Niko Hülkenberq ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Colion Palmer ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Maks Ferstappen ("Red Bull”) – yarışı vaxtından əvvəl dayandırıb
Daniel Kvyat ("Toro Rosso”) - yarışı vaxtından əvvəl dayandırıb
 
"Formula-1” üzrə növbəti – 9-cu mərhələ iyulun 7-9-da Avstriya Qran-prisi olacaq.
 
Ardcıl ikinci dəfə Bakıda təşkil olunan "Formula-1” üzrə Qran-pri turnirində pilotlar 6.003 km uzunluğu olan Bakı Şəhər Halqasında 51 dövrə vurublar. Əvvəlki günlərdə isə yarış iştirakçıları treki və avtomobillərini sınaqdan keçiriblər. İlk 2 sərbəst yürüşdə Maks Ferstappen ("Red Bull”), üçüncü yarışda Luis Hamilton ("Mercedes”) bütün rəqiblərini qabaqlayıb. 32 yaşlı böyük britaniyalı Hamilton sıralama turunu da qalib kimi başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR