"Formula 1"in təqvimində dəyişiklik edildi

"Formula 1" üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi tvitter hesabı vasitəsilə məlumat yayılıb. Mövsüm 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. 19 - 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 - 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 - 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9 - 11 apreldə Çində yarış keçirilməli idi. "Formula 1" rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir. Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR