"Formula 1"nin növbəti mərhələsi də Avstriyaya salına bilər

"Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsi Avstriyada keçirilə bilər.

Sport7.az xəbər verir ki, buna səbəb Macarıstan Qran-Prisinin təşkilinin sual altına düşməsidir.

Koronavirus pandemiyası ilə bağlı sərt məhdudiyyətlər macarıstanlıları çətin vəziyyətdə qoyub. "Formula-1” rəhbərliyi alternativ variant kimi ardıcıl 3-cü mərhələnin Avstriyada keçirilməsini görür.

İyulun 3-də başlayan yeni mövsümün ötən həftədəki mərhələsi Avstriya Qran-Prisi olub. Bu həftə yenə eyni ölkədə təşkil edilən yarış Ştiriya Qran-Prisi adlanır. İyulun 17-19-da da yarış "Red Bull Rinq”də baş tutsa, buna da fərqli ad veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR