“Forza Neftçi” 10 yaşında

“Forza Neftçi” 10 yaşında
Azərbaycanın ən tanınmış azarkeş qruplarından olan "Forza Neftçi” 10 yaşını qeyd edir.

Sport7.az xəbər verir ki, məhz 10 il bundan əvvəl soyuq fevral günlərində "Neftçi” azarkeşləri Sübhan Əliyevin təşəbbüsü ilə bir araya gəlib və "Forza”nı yaradıblar.

Ötən müddət ərzində "Forza Neftçi”nin sırasına minlərlə "ağ-qara” rənglərə könül verən azarkeş qatılıb və bu azarkeşlər "Neftçi”nin əsas güclərindən birinə çevrilməyi bacarıblar.

Azarkeş qrupu ötən bazar günü keçirilən "Qarabağ”la görüşdə də öz möhtəşəm dəstəyini "Neftçi”dən əsirgəmədi.
 
Kollektivimiz adından "Forza Neftçi"ni təbrik edir, uğurlar arzulayırıq!
 
Sport7.az
 

Xəbər lenti