"Forza Neftçi" bəyanat hazırlayır: "Bütün suallara aydınlıq gətirəcəyik"

Ötən ay tribunalardan çəkilən "Forza Neftçi" azad azarkeş qrupunun boykotu hələ də davam edir. Qrupun Premyer Liqanın 4-cü turu çərçivəsində kçeirilən "Qarabağ"la prinsipial oyunda tribunaya qayıdıb sevimli komandalarını dəstəkləyəcəyi gözlənilsə də bu baş vermədi. Demək olar ki, həm rəqib, həm də onun azarkeşləri qarşısında tək qalan "Neftçi" nəticədə məğlub oldu. "Qarabağ"la oyunda "Forza "Neftçi" stadionda olmasa da bu məğlubiyyətə etirazlarını bildirdi. Azarkeş qrupu rəsmi səhifəsi vasitəsilə bu şəkildə etirzalarını davam etdirdi: "Yenə möhtəşəm idiniz!" İndi isə hamılıqla istefaya getmək vaxtıdır. "Oyunçular oynamırsa bunun cavabdehi mənəm" deyən Ceyhun Sultanov, oyunçular oynamırdı. İstefa! Komandanı heç bir oyuna kökləyə bilməyən "Sinyor" Bordin, yalandan insanların üstünə qaçıb, əl-qol hərəkətləri ilə hədə-qorxu gəlməklə oyun udmaq olmur. İstefa! "Speranta"-nı keçib bunu uğur sayan Kamran Quliyev, "Neftçi" kimi böyük klubun hədəflərini kiçiltdiyin üçün bunların ardınca sən də getməlisən. Çünki heç bir sponsor üçün "məhəllə komandası"nı keçmək uğur sayılmaz. İstefa!".
 
Bu etirazlar öz yerində, bəs "Forza Neftçi" tribunaya qayıtmağı nə vaxt düşünür? Belə etirazları məhz canlı şəkildə stadiondan səsləndirmək daha effektli olmazdımı? Boykot nə vaxta qədər davam edəcək? Bu suallara cavab almaq üçün "Forza Neftçi"nin rəhbəari Sübhan Əliyevlə əlaqə saxladıq. Sübhan bəy, Sport7.az-a açıqlamasında bunları söylədi: "Baş verənlərlə bağlı bəyanat hazırlayırıq. Həmin bəyanatda hər şeyi açıqlayacağıq. indi nəsə danışmaq istəmirəm, bəyanat korlana bilər. Orada ətraflı şəkildə hər şeyi yazacağıq. Sizin hansı sualları verəcəyinizi təxminən bilirəm. Bütün suallara bəyanatda aydınlıq gətirəcəyik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR