"Forza Neftçi" tribunalara qayıdır, Qəbələyə gedəcəklər

Mövsümün əvvəlində "Neftçi"ni boykot edən "Forza Neftçi" Azad Azarkeş Qrupunun tribunlara qayıdacağı vaxt müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, "Neftçi"nin və Azərbaycanın ən çılğın azarkeş qruplarından olan "Forza Neftçi" bu gün baş tutan və 0:0 hesabı ilə nəticələnən "Neftçi" - "Keşlə" matçından sonra açıqlama verib. Azarkeş qrupu "Qəbələ" ilə oyunda sevimli komandalarına dəstək vermək üçün səfərə gedəcək. Ancaq onlar eyni zamanda etirazlarını da davam etdirəcəklər. Rəhbərliyi, baş məşqçini istefaya səsləyən "Forza Neftçi" etirazlarını Qəbələdə də davam etdirməyi düşünür. Azarkeşlər artıq rəhbərlikdə təmsil olunan şəxslərdən ərizə yazmasını və "Neftçi"dən getmələrini tələb edir. Bu haqda fanklub sosial şəbəkədəki rəsmi səhifəsi vasitəsilə açıqlam da verib.
 
Sözügedən açıqlamanı diqqətinizə çatdırırq: "Sizə verilən 5 turluq müddətin sonuna gəldik, qayıdırıq! Neftçidən çirkli əllərinizi çəkməyin zamanı çoxdan keçib. Hər cümləsində büdcədən danışan rəhbərlik özündən az büdcəli "Sabah"ı, "Zirə"ni, "Keşlə"ni uda bilmir. "Qəbələ" ilə oyuna qədər istefa ərizənizi yazın, yoxsa digər rəhbərliklər kimi sizi də biz istefaya göndərəcəyik".
 
Fanatlar uğursuz çıxışı, rəhbərliyin azarkeşlərə pis münasibətini əsas gətirərək "Neftçi"nin oyunlarını boykot etmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR