"Bu qərara görə çox məyusuq" - "Forza Neftçi"nin rəhbəri

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması səbəbilə PFL Azərbaycan Premyer Liqasında qarşçıdakı iki turu təxirə saldı. Hansı ki, onlar arasında azarkeşlərin də izləməli olduğu maraqlı oyunlar vardı. Bəs fanatlar nə düşünür. Onların olmaması komandalarının oyunlarına necə təsir göstərə bilər?
 
"Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev Sport7.az-a açıqlamasında bunları söylədi: "Bu qərara görə çox pis olduq. Bəzi insanlar yazırlar ki, Azərbaycanda onsuz da oyunlara adam gəlmir. Ancaq bizim üçün fərqi yoxdu. Bilirsiz ki, "Neftçi"nin harda oynamasına baxmayaraq həmişə yanında olmuşuq. 6000 km yol qət etmişik. İstəyir "Qarabağ", ya da "Zirə" ilə oyun olsun, bu qərara görə çox məyusuq. Aşiq olduğumuz komandadan kənarda qalmaq istəmirik. Amma bunu da başa düşürük ki, adi məsələ deyil. Dövlət qərar çıxarıb, hər kəsi düşünür. Bizim də borcumuz odu ki, əməl edək. Ola bilər stadionun çölündən azarkeşlik edək. Ya da qrup halında  hardasa bir yerdə oturub baxarıq. İstənilən halda evdə oturmayacağıq. Biz adi azarkeş deyilik. 

Dəfələrlə, boykot edəndə də görmüşük ki, "Neftçi" azarkeşsiz oynayanda xal itirb. İnşallah komada başa düşər ki, bu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belədi. Kimdənsə küsməmişik. Sadəcə, stadion bağlanıb. Rəhbərlik də bunu futbolçulara başa salar. Tribunada azarkeş olmayanda futbolçu həvəssiz oynayır. Həqiqətən futbol azarkeşlər üçün oynanılır. Boş tribunalar qarşısında canlanma olmur, futbolçular ruhsuz oynayır".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR