"Forza Neftçi"nin rəhbəri: "Sizə göstərdiyimiz dəstək burnunuzdan gəlsin"

 
 
Avroliqadakı uğursuzluğun ardından Premyer Liqanın ilk turunda "Sabah"la görüşdə xal itirməsi "Neftçi" azarkeşlərinin ciddi narazılığına səbəb oldu. Bu azmış kimi stadionda "istefa" şüarları səsləndirdiklərinə görə 2-ci hissədə meydana buraxılmamaları "Neftçi" fanatlarını daha da hiddətləndirib. "Neftçi"nin ən fəal azarkeş qruplarından olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev şəxsi "feysbuk" səhifəsində etirazlarını sərt şəkildə bildirib. 
 
Sport7.az onun yazdıqlarını təqdim edir: "Bizlər "Neftç"i üçün can qoymuşuq, dövlət orqanlarına çağırılmışıq, nə hədələr görmüşük. Amma zərrə qədər də "Neftçi" sevgisindən əl çəkməmişik. Çünki sevgimiz təmiz, dürüst olub, "Neftçi"nin adından iş görməmişik. Amma sizə göstərdiyimiz dəstək burnunuzdan gəlsin. Heç birinə layiq deyilsiz. "Forza Neftçi" olaraq haqqımızı halal etmirik! İllərdi, kimlər gəlirsə, azarkeşə "kənar şəxs", "xuliqan", "avara" deyir. İllər keçir hamısı gedir, yenə də "Neftçi"nin yanında azarkeşləri qalır. Gedin, o, bizi çempionluqdan edən baş məşqçinizdən bərk yapışın. O, dediyinizi edir axı. Siz dəstəyə layiq deyilsiz. "Forza Neftçi" olaraq tribunadan çəkilirik. Hamınız bir gün gedəcəksiz onsuz da. "Neftçi"yə qalan, canı yanan yenə biz olacağıq! Siz gedin qapıları bağlayın, 2-ci hissədə bizim uşaqlar bayırda qalsın. Əlbət görüşəcəyik bir zaman".
 

 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR