Fransa klubunun 4 futbolçusunda koronavirus aşkarlanıb

Fransa klubunun 4 futbolçusunda koronavirus aşkarlanıb

Fransa klubu "Strasburq”un 4 futbolçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bunu 1-ci Liqa təmsilçisi açıqlayıb. Adları açıqlanmasa da yoluxan oyunçuların əsas komandanın üzvləri olduğu bildirilib. Bu, "Strasburq”da ilk belə hal deyil. Dörd gün öncə komandanın 5 futbolçusunun da testi müsbət nəticələnmişdi.

Yoluxan futbolçular izolyasiya olunub və 14 günlük karantinə alınıb. Avqustun 8-də "Reyms”ə qarşı keçirilməli olan yoxlama görüşü də ləğv edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR