Fransa klubunun sabiq futbolçusu qəzada öldü

Fransa klubunun sabiq futbolçusu qəzada öldü

Fransanın tanınmış klubu "Oser"in keçmiş futbolçusu Fabris Lepol vəfat edib.
 
Sport7.az xəbər verir ki, futbolçu avtomobil qəzasında dünyasını dəyişib. Bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 43 yaşlı veteran futbolçu mayın 22-nə keçən gecə baş verən faciəvi hadisə zamanı ölüb. 

Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. O, 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.

Onun oğlu Esteban Lepol hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.
 
Sport7.az   

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR