Fransa prezidentindən Benzema açıqlaması

Fransa prezidentindən Benzema açıqlaması
"Real"ın futbolçusu Kərim Benzema DÇ-2018-də iştirak edəcək Fransa millisinin heyətinə dəvət almayıb. 

Sport7.az xəbər verir ki, ölkənin prezidenti Emmanuel Makron məsələyə münasibət bildirib. 

"Mən ölkə prezidentiyəm, baş məşqçi deyiləm. Futbolu sevirəm və fikir bildirə bilərəm. Ancaq komandanın məsuliyyəti baş məşqçi Didye Deşamdadır və mən ona güvənirəm. Heç kim İspaniya La Liqasında və Çempionlar Liqasında Benzemanın çıxışına bir söz deyə bilməz. Ancaq elə olar bilər ki, ən yaxşı futbolçu belə komandada atmosferi poza bilər", deyə Makron "Marca" açıqlamasında bildirib. 

Qeyd edək ki, Benzema millinin üzvü Matye Valbuenanı 2015-ci ildə təhdid etdiyi üçün millidən kənarlaşdırılıb. 
 
Sport7.az

Xəbər lenti