Fransada böyük qalmaqal

Fransada böyük qalmaqal

Fransa çempionatının PSJ – "Marsel” qarşılaşması qalmaqalla müşayət olunub.

Sport7.az xəbər verir ki, parislilərin yarımmüdafiəçisi Leandro Paredes rəqib futbolçunun ayağına vurduqdan sonra gərginlik artıb.

Oyunun hakimi Jerom Brisar VAR-a baxdıqdan və köməkçiləri ilə məsləhətləşdikdən sonra parislililərin 4 futbolçusunu meydandan qovub. Onların arasında Neymar da olub. "Marsel"in isə bir üzvü meydandan qovulub.

Braziliyalı futbolçu Alvaro Qonsalesi arxadan yumruqla vurub.
 
Görüş "Marsel"in 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR